Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, avtoqəza Qala qəsəbəsində qeydə alınıb.
Minik avtomobili yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Məmmədov Feyruz Kamil oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.