Bakıda 39 yaşlı kişini piyada keçidində avtomobil vurub.
ONA-nın xəbərinə görə, hadisə Suraxanı rayonunda baş verib.
Zığ qəsəbəsində piyada keçidindən keçən 1979-cu il təvəllüdlü Muradov Namiq Əvəz oğlunu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.