• HADİSƏ

    04:41 4 iyul 2019

Bakıda avtomobilin vurduğu piyada xəsarət alıb

Bakının Xəzər rayonunda avtomobil 24 yaşlı gənci vurub.

ONA-nın məlumatına görə, hadisə Qala qəsəbəsi, 1-ci döngədə baş verib. Minik avtomobili 1995-ci il təvəllüdlü Qurbanov Əziz Yaqub oğlunu vuraraq ona xəsarət yetirib.

Yaralı xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR