• HADİSƏ

    04:14 20 iyun 2019

Bakıda avtoqəza olub: "BMW" "Volkswagen"lə toqquşub - FOTO - VİDEO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA xəbər verir ki, avtoqəza Mirqasımov və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Bildirilib ki, "Volkswagen" markalı avtomobil Mirqasımov küçəsində hərəkətdə olub. Səməd Vurğun küçəsi ilə hərəkət edən "BMW" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobilini qarşıda hərəkət edən "Volkswagen" markalı nəqliyyat vasitəsinə çırpıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR