Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib.
ONA-nın məlumatına görə, rayonun Fəhlə prospektində yerləşən "617 avtoservis"-də işləyən 1982-ci il təvəllüdlü Məmmədov Arzuman Sərvər oğlu tanıdığı ustalarla əlbəyaxa dava edib.
Nəticədə ona küt alətlə zərbə vurulub. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanının əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.
Faktla bağlı araşdırma aparılır.