Bakının Xətai rayonunda evdə 16 yaşlı yeniyetmə xəsarət alıb.
APA xəbər verir ki, hadisə Nəcəfqulu Rəfiyev küçəsində baş verib.
2004-cü il təvəllüdlü Ağayev Nəcəf Cəmil oğlu kiçik qardaşı ilə mübahisə edib. Azyaşlı onun qulağını dişləyib. Yaralı qulaq seyvanının cırılmış və qopmuş diaqnozu ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.
Həkimlər onun qulağına tikiş qoyub.