• HADİSƏ

    00:14 8 iyul 2019

Bakıda "BakuBus" MMC-nin avtobusu ilə yük maşını toqquşub, xəsarət alanlar var

Gecə saatlarında Suraxanı rayonu ərazisində, Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, "Ford" markalı yük avtomobili idarəetmənin itirilməsi nəticəsində 175 saylı xətt marşrutu üzrə hərəkət edən "BakuBus" MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Avtobusda olan sərnişinlər arasında isə xəsarət alan olmayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR