Təkər təmiri sexində baş verən ölümlə bağlı cinayət işi açılıb.
ONA-nın məlumatına görə, Nərimanov rayonunda yerləşən “Ruzigar” kiçik müəssisəsinə məxsus yük avtomobillərinin təmiri qarajında işləyən, 1971-ci il təvəllüdlü Novruzbəyov Gülbala Siracəddin oğlu qarajda yük avtomobilinin təkərini təmir edərkən təkərin qəflətən partlaması nəticəsində ağır xəsarətlər alaraq hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.