• HADİSƏ

    22:47 30 may 2019

Bakıda baş vermiş qəzada ər-arvad xəsarət alıb

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, hadisə Şıxov qəsəbəsində qeydə alınıb.

"Jiquli" ilə "Samand" markalı minik maşınlarının toqquşması nəticəsində iki nəfər - 1966-cı il təvəllüdlü Hüseynov Fikrət Tanrıverdi oğlu və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Rəhilə Tərlan qızı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR