• HADİSƏ

    01:59 30 iyun 2019

Bakıda baş vermiş qəzada MMA döyüş növü üzrə dünya çempionu xəsarət alıb - YENİLƏNİB

Bakının Sabunçu rayonunda, Bakı Olimpiya Stadionunun qarşısında baş vermiş avtoqəzada xəsarət alanlardan biri Şaolin ustası, MMA döyüş növü üzrə dünya çempionu 1993-cü il təvəllüdlü Fərhad Rahib oğlu Poladovdur.

ONA xəbər verir ki, F.Poladov həmin vaxt "Niva" markalı avtomobili idarə edirmiş.

Hazırda idmançının müalicəsi 3 saylı Şəhər Klinik Xəstəxanasında davam etdirilir. O, döş qəfəsindən və sol ayağından sınıq xəsarətləri alıb.

***

Saat 18:12

Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən ONA-ya verilən xəbərə görə, “Niva” və “Hyundai” markalı iki avtomobil toqquşub. Hadisə nəticəsində yaralananların olduğu bildirilir. Bununla əlaqədar Heydər Əliyev prospekti - Hava limanı istiqamətində tıxac var.

Tıxacla əlaqədar qeyd edilən yolda sürət həddi 20 km/saat endirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONA-ya bildirilib ki, ilkin məlumata görə, qəza nəticəsində 58 yaşlı bir nəfər kişi xəsarət alıb. O, sol körpücük sümüyünün sınığı və döş qəfəsinin küt travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR