Bakıda bayram tonqalı ağacları yandırıb - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 04:53 13 Mart 2019

Bakıda bayram tonqalı ağacları yandırıb - VİDEO

Xətai rayonunda tonqal ağacların yanmasına səbəb olub

ONA-nın xəbərinə görə, hadisə Gəncə prospekti 2 ünvanında baş verib.

Yel çərşənbəsi münasibəti ilə binanın həyətyanı sahəsində tonqal qalanıb. Küləkli hava şəraiti alovun yüksəlməsinə səbəb olub. Nəticədə alov binanın yaxınlığındakı küknar ağaclarını yandırıb.

Dərhal hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Söndürmə Xidmətinin əməkdaşları cəlb edilib.

Alovun digər ağaclara və tikililərə keçməsinin qarşısı alınıb.
 
Nurlan Əli
 

Aytən Yusifova

Teqlər: tonqal bayram tonqalı yanğın

OXŞAR XƏBƏRLƏR