Suraxanı rayonunda 2015-ci il təvəllüdlü Muradxani Püstəxanım Pərviz qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Əmircan qəsəbəsində baş verib.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.