Paytaxtın Yasamal rayonunda marketlər şəbəkəsinin kassirini bıçaqla hədələyib pul alan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, aprelin 1-də saat 9 radələrində Yasamal rayonu ərazisindəki marketlərin birinə gəlmiş naməlum şəxs orada satıcı işləyən qadını bıçaqla hədələyərək kassadakı 205 manatı aparıb.
28-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini olan 12 yaşlı yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.