Bakıda 31 yaşlı kişi bıçaqlanıb
  • HADİSƏ

  • 11:00 29 Aprel 2019

Bakıda 31 yaşlı kişi bıçaqlanıb

Paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

ONA-nın məlumatına görə aprelin 28-də saat 01:20 radələrində 1993-cü il təvəllüdlü Orduxanov Eldar Əli oğlu Bakı şəhəri, Nizami rayonu M.Əliyev küçəsinda yerləşən kafenin qarşısında aralarında yaranmış mübahisə zamanı, 1988-ci il təvəllüdlü Alıxanov Nicat Dostəli oğluna bıçaqla qarın nayihəsinə kəsilmiş-deşilmiş xəsarətlər yetirib. N.Alıxanov 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı Nizami rayon Polis idarəsinin 24-cü polis şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR