• HADİSƏ

    03:41 11 iyun 2019

Bakıda bıçaqlanma hadisəsi törədilib, saxlanılan var

Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.


APA-nın xəbərinə görə, hadisə Yeni Yasamal ərazisində baş verib.


1979-cu il təvəllüdlü Emilli Bəxtiyar Ağayar oğlu tanıdığı şəxslə mübahisə edib. Nəticədə o bıçaqlanaraq ağır xəsarət alıb.


Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış nəticəsində hadisəni törədən 1972-ci il təvəllüdlü Abdullayev Cümşüd Süleyman oğlu saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR