Bakının Səbail rayonunda yanğın baş verib.
APA-nın məlumatına görə, hadisə Xaqani küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən binada qeydə alınıb.
Yanğın Kazımov Sabit Sabir oğluna məxsus evin mətbəxində meydana gəlib. Səbail RPİ-dən verilən məlumata görə, yanğına səbəb paltaryuyan maşın olub. Hadisə vaxtı isə mənzildə heç kim olmayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. FHN-in əməkdaşlarının bildirdiyinə görə, yanğının söndürülməsi istiqamətində işlər görülür və hazırda mənzildə soyutma işləri aparılır.