• HADİSƏ

    01:23 22 iyun 2019

Bakıda binada yanğın olub, sakinlər təxliyyə edilib - FOTO - VİDEO

Bakının Nizami rayonunda yanğın baş verib.

ONA xəbər verir ki, hadisə Qara Qarayev prospekti 35a ünvanında yerləşən hündürmərtəbəli binanın zirzəmisində qeydə alınıb.

Əraziyə FHN-in bir neçə yanğınsöndürən maşınları və canlı qüvvəsi, eləcə də təcili tibbi yardım briqadaları cəlb olunub. Bildirilir ki, yanğın qısaqapanmadan qaynaqlanıb.

Binada yaşayan 10-dan artıq sakin dərhal təxliyyə edilib. Onların arasında zəhərlənənlərin olduğu deyilir.

Qeyd edək ki, yanğın artıq söndürülüb. Buna baxmayaraq, təhlükəsizlik məqsədilə binaya elektrik və qazın verilişi müvəqqəti dayandırılıb.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR