• HADİSƏ

    12:14 25 may 2019

Bakıda binanın zirzəmisində qətlə yetirilmiş şəxsin meyiti tapılıb - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda törədilən qətllə bağlı məlumat yayıb.

ONA nazirliyin saytına istinadən xəbər verir ki, mayın 24-də Nəsimi rayonunun B.Səfəroğlu küçəsi ev 219-un zirzəmisindən üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyitinin tapılması barədə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Orxan Əliyev olması müəyyən edilib və hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər oğurluq, xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Qəhrəmanov saxlanılıb.

***

Saat 10:06

Bakıda gənc oğlan öldürülüb.

ONA-nın məlumatına görə, paytaxtın Nəsimi rayonu, B.Səfəroğlu küçəsində yerləşən binanın zirzəmisində üzərində xəsarətlər olan meyit aşkar edilib.

Hadisə barədə məlumat daxil olan kimi Nəsimi rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, fotoşəkillər çəkilib və müvafiq ekspertizalar təyin olunub.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Orxan Mahir oğlu Əliyev olması müəyyən edilib.

Meyitin ilkin müayinəsi zamanı O.Əliyevin döyülmə nəticəsində almış olduğu xəsarətlərdən öldüyü məlum olub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR