Bakıda binanın zirzəmisində tikinti materialları yanıb
  • HADİSƏ

  • 07:06 23 Fevral 2021

Bakıda binanın zirzəmisində tikinti materialları yanıb

Bakı şəhərinin Yasamal rayonunda yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı hər mərtəbəsi 900 m² olan 6 mərtəbəli (zirzəmisi 2 qatdan ibarət olan) qeyri-yaşayış binasının zirzəmisində tikinti materialları (laminat, boya məhsulları və s.) 200 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Zirzəminin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Sərxan Kamallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR