• HADİSƏ

    23:14 17 iyul 2020

Bakıda bir nəfər hündürmərtəbəli binanın damından özünü atmaq istəyib

Bakıda intihar cəhdinin qarşısı alınıb.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR