• HADİSƏ

    14:38 14 may 2019

Bakıda “bomj”u öldürən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Azad Dandışın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Dadış 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il sentyabrın 30-da Sabunçu rayonu ərazisində tüfeyli həyat tərzi keçirən 34 yaşlı Valeriy İsakovun baş və burun nahiyəsində xəsarətləri olan meyitinin Sabunçu qəsəbəsindəki evində tapılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Sabunçu RPİ 12-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakini A.Dandış saxlanılıb.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR