Paytaxtın Nəsimi rayonunda döyülmə hadisəsi baş verib.
Hadisə iaşə obyektindən birində baş verib.
Orada futbola baxan İspaniya vətəndaşı, 1984-cü il təvəllüdlü Alvaro Castro Turano ilə digər masada oturan, “Fənərbaxça” komandasının azarkeşi olan Türkiyə vətəndaşı arasında mübahisə düşüb.
Adı hələlik məlum olmayan Türkiyə vətəndaşı Castro Alvaronu döyüb. O, sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi araşdırma aparılır.
Alvaro Castro Turanonun BP şirkətinin əməkdaşı olduğu bildirilir.
Nurlan Əli