• HADİSƏ

    06:15 21 iyun 2019

Bakıda çimərlik ərazisində 78 yaşlı qadını avtomobil vurub

Sabunçu rayonunda 78 yaşlı qadın yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alıb.

APA xəbər verir ki, Pirşağı qəsəbəsində dəniz kənarında minik avtomobili piyada, 1941-ci il təvəllüdlü Xasanova Minagül Farux qızını vurub.

Qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR