• HADİSƏ

    13:36 26 iyul 2019

Bakıda çimərlikdə avtomobil 3 yaşlı uşağı vuraraq öldürüb

Bakının Mərdəkan çimərliyində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, iyulun 25-də saat 17 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini G.Müslümova “KİA” markalı avtomobili arxaya hərəkət etdirərkən paytaxt sakini - 3 yaşlı Əliağa Mustafayevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR