• HADİSƏ

    17:43 16 avqust 2020

Bakıda çimərlikdə avtomobil yanıb - FOTO

Bakıda hərəkətsiz halda olan avtomobil yanıb.

APA-nın xəbərinə görə, hadisə Səbail rayonu, Şıx qəsəbəsində yerləşən çimərlikdə qeydə alınıb.

Hadisə zamanı hərəkətsiz halda olan "Niva" markalı avtomobil qəfildən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR