• HADİSƏ

    14:02 30 may 2019

Bakıda “Coca-Cola” şirkətinin 3 əməkdaşı yanıq xəsarətləri alıb

“Coca-Cola” şirkətinin 3 əməkdaşının üzərinə qaynar su tökülüb.

ONA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Coca-Cola” şirkətinin qazanxanasında baş verib.

Qazanxanadakı avadanlıqlarda yaranan nasazlıq nəticəsində orada işləyən 1961-ci il təvəllüdlü Məmmədov Nazim Şəmməd oğlu, 1960-cı il təvəllüdlü Vəlixanov Həsən Qaraoğlan oğlu və 1980-cı il təvəllüdlü Məmmədov Pərviz Cəlal oğlu yanıq xəsarətləri alıblar.

Faktı ONA-ya şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən təsdiqləyiblər. Şöbənin əməkdaşı Sərvinaz Ələkbərova bildirib ki, mayın 29-u səhər saatlarında su prosessorlarına texniki nəzarət zamanı nasazlıq yaranıb və 3 əməkdaşın üzərinə qaynar su tökülüb. Hazırda əməkdaşların vəziyyəti stabildir, həkim nəzarətindədirlər və həyatları üçün heç bir təhlükə yoxdur.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR