Bakıda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 23:52 29 İyul 2020

Bakıda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib - YENİLƏNİB

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində binanın 7-ci mərtəbəsindən 14-cü mərtəbəsinə qədər şaxta boyunca 24 p.m kommunikasiya xətləri və 24 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı liftdə qalan 2 nəfər xilasedicilər tərəfindən xilas edilib, 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 21:09

Bakı şəhərinin Nəsimi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb.

APA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, binanın şaxtasında elektrik naqillərində yanğın baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Yanğın saat 20:25-də söndürülüb.

Əlavə məlumat veriləcək.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR