Bakıda yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda tikintisi başa çatmayan çoxmərtəbəli yaşayış binasında tüstülənmə olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri dərhal hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, qeyd olunan ünvanda çoxmərtəbəli yaşayış binasının şaxtasında elektrik kabellərində tüstülənmə baş verib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.