Bakıda bıçaqlanma olub.
ONA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Qasımov Cəmil Adil oğlu çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına daxil olub. O, ağır vəziyyətdə özü xəstəxanaya gəlib. Dərhal reanimasiya şöbəsinə yerləşdirilən C.Qasımova döv qəfəsinin və sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.