• HADİSƏ

    18:20 13 iyun 2019

Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında baş vermiş yanğın FHN-in Aviasiya dəstəsinin 1 helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən saat 15:00-da söndürülüb.

Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində boş dağlıq ərazidə 25 ha sahədə quru ot və kol-kos yanıb.

***

14:27

Bakıda dağlıq ərazidə yanğın başlayıb.

ONA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata görə, dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanır. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR