Bakının Xəzər rayonunda bədbəxt hadisə zamanı iki nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.
Baba Əliyev küçəsi 15 ünvanında daş hasar uçub. Uçqun zamanı 1994-cü il təvəllüdlü Mikayılov Niyaz Əlövsət oğlu və İsmayılov Tofiq Süliddin oğlu daş hasarın altında qalıb.
Ağır xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, hər iki şəxsin vəziyyəti ağırdır.