Bakı İdarəetmə ve Texnologiya Kolleci Bakıda tələbələr arasında ölümlə nəticələnən dava ilə bağlı məlumat yayıb.
Kollecdən ONA-ya verilən məlumata görə, II kurs tələbələri Qalib Əsgərzadə və Cümşüd Balabəyov arasında kollecin ərazisindən kənarda mübahisə zəminində dava baş verib. Nəticədə tələbə Qalib Əsgərzadə dünyasını dəyişib.
Nərimanov Rayon Prokurorluğundan ONA-ya bildirilib ki, baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, Bakıda tələbələr arasında dava ölümlə nəticələnib.
ONA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb.
Əldə etdiyimiz məlumata görə, Q.Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.