Binəqədi rayonunda qətl hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Qaqarin küçəsi, bina 1 ünvanında baş verib.
Belə ki, 1979-cu il təvəllüdlü Aygünəş Kazımov yaşadığı mənzildə qayını ilə mübahisə edib. Daha sonra qayını onun boğazını bıçaqla kəsib.
Hadisə nəticəsində A.Kazımov yaşadığı evdə ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanılıb.