Bakı Dəmiryol vağzalında platformada Qazax rayon sakini, 1963-cü il təvəllüdlü Əhmədov Akif Üzeyr oğlunun meyiti aşkarlanıb.
APA xəbər verir ki, bununla bağlı hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
56 yaşlı kişinin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.