• HADİSƏ

    00:08 30 avqust 2020

Bakıda dərəyə aşan “Mercedes” hasara çırpılıb - FOTO


Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib. Nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb, sonra isə daş hasara çırpılıb. Zərbənin gücündən daş hasar uçub.

Qəza zamanı sürücü ağır xəsarət alıb.

Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları gəlib.

Hazırda avtomobil kran vasitəsilə dərədən çıxarılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR