Bakının Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan plastmas və taxtadan ibarət taralar 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.