• HADİSƏ

    01:52 29 mart 2019

Bakıda dostlar arasında dava bıçaqlanma ilə nəticələnib

Bakının Nərimanov rayonunda dost dostunu ayağından bıçaqlayıb.

ONA-nın xəbərinə görə, hadisə Təbriz küçəsində baş verib.

1997-ci il təvəllüdlü Pənahov Elvin Rasim oğlu dostu ilə mübahisə edib. Mübahisənin sonunda E.Pənahov sol ayağının baldır nahiyəsindən bıçaqlanıb.

Yaralı taksi ilə xəstəxanaya çatdırılıb.

Fakt Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində araşdırılır.

Nurlan Əli

Aytən

Teqlər:

SON XƏBƏRLƏR