Bakının Səbail rayonunda elektrik cərəyanının vurması nəticəsində 1 nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə 302 saylı məktəbin yaxınlığında yerləşən yarımtikilidə baş verib.
Belə ki, tikilidə fəhlə işləyən 1996-cı il təvəllüdlü Abbasov Razi Elşən oğlunu elektrik cərəyanı vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.