Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ruslan Süleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ONA-nın xəbərinə görə, cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Fərid Əmirəliyevin icraatında araşdırılacaq.
Qeyd edək ki, hadisə bu il yanvarın 7-də saat 12 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində baş verib. Belə ki, Füzuli rayon sakini Ruslan Süleymanov idarə etdiyi “Mercedes” markalı (yük) avtomobillə yolu keçən qəsəbə sakinləri Cəlal İsmayılovu və onun arvadı Xanım İsmayılovanı vurub. Nəticədə X.İsmayılova hadisə yerində ölüb.