Bakının Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
1971-ci il təvəllüdlü Qəniyeva Könül Xasay qızı həyat yoldaşı tərəfindən döyülərək çox saylı sınıq xəsarətləri alıb. Yaralı 1 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.