• HADİSƏ

    02:51 10 sentyabr 2020

Bakıda evakuator piyadanı vurub - FOTO

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

45-50 yaşlarında olan kişi yerüstü piyada keçidinin altında qəfil yola çıxıb. Bu zaman onu Rüfət Nəbiyevin idarəetməsində olan "Mitsubishi" markalı evakuator vurub. Yaralı ağır kəllə-beyin travması alıb. Hazırda hadisə yerinə təcili təxirəsalınmaz tibbi yardım xidmətinin əməkdaşları gəlib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR