• HADİSƏ

    11:46 4 may 2019

Bakıda evdə yanğın olub

Bakıda evdə yanğın baş verib.

ONA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Xəzər rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 150 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR