• HADİSƏ

    22:27 11 iyul 2019

Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

Bakının Suraxanı rayonunda evdən oğurluq edilib.

APA-ya bu barədə Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilir ki, Hövsan qəsəbəsi, Südçülük sovxozunda yaşayan İlyas Qədimova məxsus evə naməlum şəxslər daxil olub və oradan 4000 manat nağd pul, eləcə də təxminən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Faktla bağlı Suraxanı RPİ əməliyyat-axtarış işləri həyata keçirir.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR