• HADİSƏ

    22:21 10 may 2019

Bakıda evi təmir edən şəxs damdan yıxılaraq ölüb

Bakının Suraxanı rayonunda bədbəxt hadisə zamanı bir nəfər ölüb.

ONA-nın verdiyi xəbərə görə, hadisə Əmircan qəsəbəsində baş verib.

1972-ci il təvəllüdlü Əliyev Fazil Qardaşxan oğlu fərdi yaşayış evinin damını təmir edərkən yerə yıxılıb. Nəticədə F.Əliyev hadisə yerində keçinib.

Fakt araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR