Bakının Binəqədi rayonunda evin uçması nəticəsində yaralananlardan biri - 2001-ci il təvəllüdlü Mehdiyeva Xumar Şamil qızı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
APA-nın məlumatına görə, digəri yaralıya ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
***
Saat 02:34
Bakıda fərdi yaşayış evi uçub.
APA xəbər verir ki, hadisə Binəqədi rayonu, 1-ci Mədən yaşayış massivində baş verib.
Evin ikinci mərtəbəsinin divarının bir hissəsi aşıb. Hadisə zamanı biri uşaq olmaqla iki nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına gətiriblər.