• HADİSƏ

    19:32 27 aprel 2019

Bakıda evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb

Paytaxtın Nəsimi rayonunda kombi aparatları oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan E.Abbasovun ətrafında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun S.Hüseynova, M.Murtuzovaya və G.Quliyevaya məxsus kombi aparatlarını oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam edir.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR