• HADİSƏ

    22:30 30 oktyabr 2019

Bakıda əyləc sistemi işləməyən yük avtomobili digər maşınlara çırpılıb - FOTO


Bakının Biləcəri qəsəbəsində “SHAGMAN” markalı yük avtomobilinin əyləc sisteminin işləməməsi səbəbindən işıqforun qırmızı işığında keçib.

APA-nın xəbərinə görə, nəticədə yük maşını 3 minik avtomobilinə çırpılaraq aşıb..

Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb, işıqfor zədələnib.
Əraziyə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR