Bakının Xətai rayonunda intihar hadisəsi olub.
APA-nın məlumatına görə, hadisə metronun "Xətai" stansiyası yaxınlığında, Ayaz İsmayılov küçəsində qeydə alınıb.
Belə ki, Əliyeva Tamara Vaqif qızı özünü 16 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən atıb. O, ağır xəsarətlər alıb və ətrafdakıların köməkliyi ilə 1 saylı Xəstəxanaya çatdırılıb.
Hazırda hadisənin təfərrüatları araşdırılır.