• HADİSƏ

    23:35 21 fevral 2020

Bakıda gənc mübahisə zəminində bıçaqlanıb


Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında qeydə alınıb.

1996-ci il təvəllüdlü Hüseynov Elbrus Rafət oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb. Yaralı kürək nahiyyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR