Bakının Nizami rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində baş verib.
Qara Qarayev prospektində 1991-ci il təvəllüdlü Əliyev Sənan İlqar oğlu tanışı ilə dava zamanı bıçaqlanıb. O, sol budun və sol əlin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.